Son dəqiqə

Trampın fərmanları Tramp administrasiyası ABŞ Venesuela gəmilər ABŞ Venesuela böhranı ABŞ Venesuela hərbi müdaxilə Venesuela hökumətinin ABŞ-a reaksiyası

Venesuelada 1 ay ərzində seçki olmayacaq - Tramp

BAKI,TurkicWorld, Nailə Babazadə

ABŞ Prezidenti Donald Tramp Venesuelada 30 gün ərzində yeni seçkilərin keçirilə bilməyəcəyini açıqlayıb. O bildirib ki, əvvəlcə ölkə “sabitləşdirilməli”dir. Tramp həmçinin ABŞ-ın ölkədə uzunmüddətli rol oynayacağını söyləyib.

TurkicWorld xəbər verir ki, Tramp NBC News-ə verdiyi müsahibədə qeyd edib ki, ABŞ-ın hərbi müdaxiləsi ilə Venesuela Prezidenti Nikolas Maduronun saxlanmasından sonra Vaşinqton ölkədə uzunmüddətli rol oynayacaq.

“Ölkəni əvvəlcə düzəltməliyik. Seçki keçirmək mümkün deyil. Xalqın səs verməsi indi mümkün deyil.” - deyə Tramp qeyd edib.

Tramp ABŞ-ın Venesuela ilə savaşdığını iddialarını təkzib edib.

“Biz narkotik ticarətçiləri ilə mübarizə aparırıq. Onların həbsxanalarını, narkotik asılılarını və ruhi xəstəxanalarını ölkəmizə gətirənlərlə savaşırıq.” - deyə o qeyd edib.

Tramp həmçinin bildirib ki, ABŞ Venesuelanın enerji infrastrukturunun bərpası üçün neft şirkətlərinin həyata keçirəcəyi layihələri maliyyələşdirə bilər və bu işin 18 aydan az müddətdə başa çatması mümkündür.

“Çox böyük məbləğdə vəsait xərclənməlidir. Pul neft şirkətləri tərəfindən xərclənəcək, daha sonra biz ya da əldə ediləcək gəlir vasitəsilə onlara geri ödəniş olunacaq.” - deyə Tramp qeyd edib.

Mövzuya görə xəbərlər