Son dəqiqə

Donald Tramp Tramp administrasiyası Tramp İran nüvə razılaşması Tramp Hörmüz boğazı

Tramp İrana təşəkkür etdi

BAKI,TurkicWorld

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tam açılmasına görə, İrana təşəkkür edib.

TurkicWorld xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə öz "Truth Social" sosial şəbəkə hesabında paylaşım edib.

“İran indicə elan etdi ki, İran boğazı (Hörmüz boğazı nəzərdə tutulur -red) tam açıqdır və gəmilərin keçidinə hazırdır. Təşəkkür edirəm!”,- deyə Tramp yazıb.

Qeyd edək ki, bundan bir müddət əvvəl İran xarici işlər naziri Abbas Əraqçi İsrailin əməliyyatları dayandırması və atəşkəs razılaşmasına görə, İranın Hörmüz boğazı ticarət gəmilərinin hərəkəti üçün tam açdığı elan edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Mövzuya görə xəbərlər