Son dəqiqə

Səudiyyə Ərəbistanında qış sürprizi: Cəbəl əl-Lavzda qar Tabukda hava dəyişdi – Cəbəl əl-Lavzda güclü qar yağışı В Саудовской Аравии выпал снег на горе Джабаль аль-Лавз Сильный снегопад зафиксирован в районе Табук Heavy snowfall covers Jabal al-Lawz in Saudi Arabia’s Tabuk region Winter conditions intensify on Jabal al-Lawz after snowfall Cəbəl əl-Lavz qar yağışı

Səudiyyə Ərəbistanına qar yağıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Səudiyyə Ərəbistanının Təbuk bölgəsində yerləşən Cəbəl əl-Lavz dağında güclü qar yağışı müşahidə olunub. Qısa müddətdə yağan intensiv qar dağın yüksək ərazilərini ağ örtüklə bürüyüb, bölgədə hava şəraitinin kəskin dəyişdiyini bildirilir.

TurkicWorld xəbər verir ki, yerli mənbələrin məlumatına görə, qar yağışı bölgədə hava temperaturunun əhəmiyyətli dərəcədə enməsi fonunda baş verib. Hadisə sosial şəbəkələrdə geniş əks-səda doğurub, istifadəçilər Cəbəl əl-Lavzun ağ örtüyə bürünmüş görüntülərini paylaşıblar.

Rəsmi qurumlar sürücülərə və dağa səfər edənlərə ehtiyatlı olmaları barədə xəbərdarlıq edib. Meteoroloji qurumlar isə Təbuk bölgəsində yaxın günlərdə dəyişkən hava şəraitinin davam edəcəyini bildirir.