Son dəqiqə

Prezident Ərdoğan Qəzzada həlak olan Hinda Rəcəbın ailəsini qəbul edib Ərdoğan Hinda Rəcəbın ailəsi ilə görüşdü Ərdoğandan Qəzzada həyatını itirən fələstinli qızın ailəsinə dəstək Hinda Rəcəbın ailəsi Prezident Ərdoğan tərəfindən qəbul edildi Эрдоган принял семью погибшей в Газе девочки Хинд Раджаб

Ərdoğan Qəzzada həlak olan Hind Rəcəbin ailəsi ilə görüşüb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada İsrail hücumu nəticəsində həyatını itirən 6 yaşlı fələstinli qız Hind Rəcəbin ailə üzvlərini və yaxın qohumlarını qəbul edib.

TurkicWorld xəbər verir ki, Prezident Administrasiyasının məlumatına görə, qəbul prezident iqamətgahında baş tutub. Görüş zamanı Prezident Ərdoğan ailənin uşaqlarına xüsusi diqqət göstərib, onlarla yaxından maraqlanıb.

Qəbulda Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da iştirak edib. Prezident Ərdoğan, eyni zamanda, görüşdə iştirak edə bilməyən bəzi ailə üzvləri ilə videobağlantı vasitəsilə əlaqə saxlayıb.

Məlumata görə, qəbul çərçivəsində Hind Rəcəbin real həyat hekayəsi əsasında çəkilmiş “Hind Rəcəbin Səsi” adlı film də prezident iqamətgahında xüsusi nümayiş etdirilib. Nümayişdə mərhum fələstinli qızın ailə üzvləri də iştirak ediblər.

Xatırladaq ki, Hind Rəcəb Qəzzada İsrail hücumu zamanı bloklanmış avtomobildə qalaraq həyatını itirmişdi. Hadisə beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurmuşdu.