Son dəqiqə

PIF FMTECH-də azlıq payını JLL-ə satıb Səudiyyə PIF fondu FMTECH üzrə JLL ilə razılıq əldə edib PIF продал миноритарную долю в FMTECH компании JLL Суверенный фонд Саудовской Аравии привлек JLL в FMTECH Saudi PIF sells minority stake in FMTECH to JLL PIF partners with JLL to boost FMTECH growth

Səudiyyə Ərəbistanının PIF fondu FMTECH-də minoritar payını JLL-ə satıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Səudiyyə Ərəbistanının suveren sərvət fondu Public Investment Fund (PIF) Saudi Facility Management Company (FMTECH) şirkətindəki minoritar payının qlobal daşınmaz əmlak və konsaltinq şirkəti Jones Lang LaSalle (JLL) tərəfindən alınması ilə bağlı razılıq əldə edib.

TurkicWorld-un məlumatına görə, sövdələşmədən sonra PIF FMTECH-də nəzarət paketini saxlayacaq və şirkətin ən böyük səhmdarı olaraq qalacaq.

Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi SPA-nın məlumatına əsasən, razılaşma JLL-in beynəlxalq təcrübəsi, texnoloji həlləri və qlobal tərəfdaş şəbəkəsi hesabına FMTECH-in inkişaf tempinin sürətləndirilməsini hədəfləyir. Tərəfdaşlığın, həmçinin, Krallıqda obyektlərin idarə olunması (facility management) sahəsində yerli kompetensiyaların və müasir texnologiyaların inkişafına töhfə verəcəyi gözlənilir.

Razılaşma çərçivəsində FMTECH JLL-in rəqəmsal platformalarını və qlobal əməliyyat idarəetmə sistemlərini tətbiq edəcək. Bu addımın xidmət keyfiyyətinin, əməliyyat səmərəliliyinin və şəffaflığın artırılmasına xidmət edəcəyi bildirilir.

Qeyd olunub ki, sövdələşmə standart bağlanma şərtlərinə tabedir və zəruri tənzimləyici və müqavilə razılaşmaları alındıqdan sonra yekunlaşdırılacaq.

PIF vurğulayıb ki, bu investisiya fondun portfel şirkətlərinə daxili və beynəlxalq özəl kapitalın cəlb edilməsi strategiyasına uyğundur və Səudiyyə Ərəbistanının “Vision 2030” proqramı çərçivəsində iqtisadi transformasiyanı, eləcə də dayanıqlı maliyyə gəlirliliyini dəstəkləyir.

Məlumata görə, FMTECH 2023-cü ildə PIF tərəfindən obyektlərin idarə olunması üzrə milli inteqrasiya olunmuş şirkət kimi yaradılıb. Şirkət PIF-lə əlaqəli qurumlara, eləcə də ölkə üzrə dövlət və özəl müştərilərə bina və infrastrukturun istismarı və texniki xidməti sahəsində xidmətlər göstərir.

JLL üçün isə FMTECH-də minoritar payla iştirak Səudiyyə Ərəbistanı bazarında mövcudluğun gücləndirilməsi və xidmət portfelinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.