Son dəqiqə

Qətər Forbes Middle East Yaxın Şərqin Top 100 CEO-su QatarEnergy Səad Şeridə əl-Kaabi Abdullah Mübarək əl-Xəlifə Aziz Alutman Faxru Əbdülrəhman bin Fəhad Al Tani Yusuf əl-Caidə Basel Qamal Salim əl-Mannai Abdullah əl-Sülaiti Həməd bin Faysal Al Tani Tarek M. əl-Seyid

10 qətərli CEO Forbesin Top 100 CEO siyahısına daxil edilib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Qətərdə fəaliyyət göstərən on yüksək vəzifəli CEO Forbes Middle East jurnalının açıqladığı “Yaxın Şərqin Top 100 CEO-su” siyahısına daxil edilib.

TurkicWorld xəbər verir ki, 18 noyabr 2025-ci il tarixində dərc olunan beşinci illik reytinq bölgənin innovasiya, iqtisadi diversifikasiya və qlobal rəqabət qabiliyyəti istiqamətində irəliləyişinə rəhbərlik edən şəxsləri əhatə edir. Forbes Middle East açıqlamasında bildirib ki, bu nəşrdə regionun inkişafına rəhbərlik edən edən CEO-lar yer alıb və siyahıda BƏƏ və bank sektorunun nümayəndələri üstünlük təşkil edir.

Məlumata əsasən, Qətər Enerji İşləri üzrə Dövlət Naziri və QatarEnergy-nin Prezidenti və İcraçı Direktoru Səad Şeridə əl-Kaabi siyahıda 5-ci, QNB Grupun baş direktoru Abdullah Mübarək əl-Xəlifə isə 9-cu yerdə qərarlaşıb.

Siyahıda yer alan digər qətərli rəhbərlər bunlardır:

Ooredoo Group CEO-su Aziz Alutman Faxru-38-ci yer

Doha Bank Group CEO-su Əbdülrəhman bin Fəhad Al Tani - 58-ci yer

Qatar Financial Centre CEO-su Yusuf əl-Caidə - 62-ci yer

Qatar Islamic Bank Group CEO-su Basel Qamal - 64-cü yer

Qatar Insurance Group CEO-su Salim əl-Mannai - 68-ci yer

Qatar Gas Transport Company (Nakilat) CEO-su Abdullah əl-Sülaiti - 75-ci yer

Qatar Free Zones Authority CEO-su Məhəmməd bin Həməd bin Faysal Al Tani - 81-ci yer

Al Rayyan Tourism Investment Company CEO-su və MD-si Tarek M. əl-Seyid - 84-cü yer

Forbes Middle East qeyd edib ki, qiymətləndirmə CEO-ların regiona, ölkələrinə və xidmət göstərdikləri bazarlara təsiri, onların təcrübəsi və rəhbərlik müddəti, şirkətlərin həcmi, son bir ildə əldə olunan nailiyyətlər və yeniliklər əsasında aparılıb.

2025-ci il siyahısında ümumilikdə 18 müxtəlif millətdən olan CEO-lar yer alıb və bank-maliyyə sektoru üstünlük təşkil edib.

Mövzuya görə xəbərlər