Son dəqiqə

Fələstin ABŞ Misir Qəzza Qəzza humanitar böhranı Trampın Yaxın Şərq siyasəti Yaxın Şərq Sülh Sammiti

Qəzza zolağının bərpası artıq başlayıb - Donald Tramp

Bakı. TurkicWorld

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağının bərpası prosesinin artıq başladığını bildirib.

TurkicWorld xəbər verir ki, bunu Tramp Misirdə Qəzza üzrə sülh sazişinin imzalanmasından sonra çıxışında deyib.

"Bərpa, ehtimal ki, ən asan mərhələ olacaq. Ən çətin hissəni artıq arxada qoyduğumuza inanıram, çünki bundan sonrakı proses tədricən öz axarına düşəcək. Böyük sərvətə, gücə və ləyaqətə malik bir çox ölkə Qəzzanın bərpasına yardım etmək və bunun üçün bütün zəruri vəsaiti ayırmaq istəyi ilə bu gün və son günlər mənə müraciət edib", – deyə Tramp qeyd edib.

O əlavə edib ki, döyüş əməliyyatları başa çatdıqdan sonra Qəzzaya humanitar yardımın axını artıq başlayıb.

Mövzuya görə xəbərlər