Son dəqiqə

İsrail İran Abbas Arakçi İsrail İran hücumu İran-İsrail qarşıdurması Abbas Ərakçi İran-İsrail gərginliyi

İsraillə atəşkəs razılaşması əldə olunmayıb - Araqçi

Bakı. TurkicWorld:

Hazırda İsraillə atəşkəs razılaşması yoxdur.

TurkicWorld-un məlumatına görə, bu barədə İran xarici işlər naziri Abbas Araqçi öz "Telegram" kanalında yazıb.

"Hazırda atəşkəs və ya hərbi əməliyyatların dayandırılması ilə bağlı heç bir razılaşma yoxdur", - deyə nazir bildirib.

Onun sözlərinə görə, döyüş əməliyyatlarının dayandırılması ilə bağlı son qərar İran tərəfindən daha sonra veriləcək.

Xatırladaq ki, iyunun 22-də ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə zərbələr endirib. Mövcud məlumatlara görə, hər üç obyekt məhv edilib.

İyunun 23-də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qətərdəki ABŞ-ın Əl Udeid bazasına raket zərbəsi endirib.

Bu gün səhər saatlarında ABŞ prezidenti Donald Tramp tərəflərin atəşkəs barədə razılığa gəldiyini bildirib.

Mövzuya görə xəbərlər