Son dəqiqə

Polşa Andjey Duda Karol Navroçki Polşa yeni Prezidenti Polşada Prezident seçkiləri

Karol Navroçki Polşanın yeni prezidenti seçilib: Onu Donald Tramp dəstəkləyib

BAKI, TurkicWorld

Polşada keçirilən prezident seçkilərinin qalibi mühafizəkar namizəd Karol Navroçki olub.

TurkicWorld xəbər verir ki, o, liberal Varşava meri Rafal Trzaskovski üzərində cüzi fərqlə (50,89 faiz səs) qələbə qazanıb.

Beləliklə, Navroçki, avqustun 6-da ikinci və sonuncu prezidentlik müddəti başa çatan indiki prezident Ancey Dudanın yerinə keçəcək.

42 yaşlı Navroçki ABŞ Prezidenti Donald Tramp tərəfindən açıq şəkildə dəstəklənib və seçki kampaniyası dövründə Ağ Evdə Tramp ilə qısa görüş keçirib.

ABŞ-ın Daxili Təhlükəsizlik Naziri Kristi Noem də Polşaya səfərində seçiciləri Navroçkiyə səs verməyə çağırıb.

Polşa siyasi sistemində icra hakimiyyəti əsasən parlament tərəfindən təyin edilən baş nazirin əlində cəmləşsə də, prezident vəzifəsi xarici siyasətə təsir etmək və qanunvericiliyi veto etmək səlahiyyətlərinə malikdir.

Mövzuya görə xəbərlər