Son dəqiqə

Fələstin İsrail ABŞ Donald Tramp Qəzza zolağı İsrail və Qəzza münaqişəsi Trampın Fələstin strategiyası İsrailin HƏMAS-a qarşı şərtləri Netanyahu HƏMAS açıqlaması Qəzzadan fələstinlilərin çıxarılması

İsrail Qəzzadakı hücumlara son qoymaq üçün şərtlər irəli sürür

BAKI, TurkicWorld

Qəzzaya hücumlar Trampın fələstinlilərin çıxarılması planından asılıdır.

TurkicWorld xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı hərbi əməliyyatların dayandırılmasının ABŞ-ın prezidenti Donald Trampın bölgədən fələstinlilərin çıxarılmasını nəzərdə tutan planının həyata keçirilməsindən asılı olduğunu bildirib.

Netanyahu mətbuat konfransında "Gideonun arabaları" adlandırılan hərtərəfli əməliyyatların məqsədinin Qəzzanı tam nəzarətə götürmək və HƏMAS-ı tamamilə zərərsizləşdirmək olduğunu deyib. O, əməliyyatların dayandırılması üçün bir sıra şərtlər irəli sürüb. Bu şərtlərə israilli əsirlərin azad olunması, HƏMAS-ın silahı yerə qoyması, rəhbərliyin xaricə göndərilməsi və Trampın fələstinlilərin bölgədən çıxarılmasını nəzərdə tutan planının həyata keçirilməsi daxildir.

Trampın planını “çox düzgün və çox inqilabi” adlandıran Netanyahu ABŞ-la münasibətlərin pozulduğu ilə bağlı iddiaları da təkzib edib.

Netanyahu həmçinin bildirib ki, son əməliyyatlar zamanı HƏMAS-ın yüksək səviyyəli rəhbərləri – İsmayıl Haniyə, Yəhya Sinvar, Qəssam Briqadalarının komandiri Məhəmməd əl-Masri (Deif) və ehtimal ki, Yəhya Sinvarın qardaşı Məhəmməd Sinvar hədəfə alınıb.

Qeyd edək ki, Netanyahu Qəzzadakı hücumlarla bağlı beynəlxalq tənqidlərə də münasibət bildirib. “Avropa ölkələri bizə təsir etməyəcək və bizi müharibə məqsədlərimizdən çəkindirməyəcək” – deyə o vurğulayıb.

İsrail baş naziri həmçinin ABŞ və İran arasında davam edən nüvə danışıqları mövzusuna da toxunaraq, Tehranın İsrail üçün ciddi təhlükə olaraq qaldığını və bu mövzuda ABŞ-la sıx koordinasiyada olduqlarını qeyd edib.

Yəməndəki husilərlə bağlı danışan Netanyahu, İsrailə yönəlmiş raket və pilotsuz təyyarə hücumlarına görə “hələ son sözün deyilmədiyini” bildirib.

Mövzuya görə xəbərlər