Son dəqiqə

ABŞ Rusiya Ukrayna Vladimir Putin Dmitri Peskov Vladimir Zelenski Donald Tramp Kreml ABŞ Ukrayna müharibəsində vasitəçi rolunda Rusiya Ukrayna müharibəsi

Rusiya və ABŞ liderləri İstanbul danışıqlarını müzakirə edəcək

BAKI, TurkicWorld

Putin və Tramp arasında görüş bu gün saat 17:00-da baş tutacaq.

TurkicWorld xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp bu gün Türkiyə vaxtı ilə saat 17:00-da görüş keçirəcəklər.

Bu barədə Kreml Sarayının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov bildirib ki, görüşdə Rusiya-Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilməsi planlaşdırılan danışıqların detalları müzakirə olunacaq. Onun sözlərinə görə, Putin-Tramp görüşü vacib xarakter daşıyır və danışıqların konstruktiv keçəcəyi gözlənilir.

“Bu görüşdə hansı qərarların veriləcəyi birbaşa iki liderin iradəsindən asılı olacaq”, – deyə Peskov qeyd edib.

Qeyd edək ki, Donald Tramp bu gün həm Vladimir Putin, həm də Ukrayna prezidenti Vladimir Zelenski ilə ayrıca telefon danışığı aparacaq.

Mövzuya görə xəbərlər