Son dəqiqə

Türkiyə İtaliya Yunanıstan Avropa Türkiyə Müdafiə Sənayesi Komitəsi Giorgia Meloni Yunanıstanın Baş naziri Kyriakos Mitsotakis

Mitsotakis Avropanı Türkiyəyə silah satışına qarşı xəbərdar edib

BAKI, TurkicWorld

Mitsotakis Avropada Türkiyənin müdafiə sahəsindəki tərəfdaşlıqlarından narahatlığını bildirib.

TurkicWorld xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis son İtaliya və Almaniya səfərlərində diqqəti bir daha Türkiyəyə yönəldib.

O, xüsusilə Türkiyənin Avropa ölkələri ilə hərbi-sənaye sahəsində yaxınlaşmasından narahat olduğunu ifadə edib.

Romalı həmkarı Giorgia Meloni ilə görüşündə Mitsotakis, Avropa İttifaqının vahid təhlükəsizlik strategiyası çərçivəsində tərəfdaş seçimlərinin birliyin maraqları və xarici siyasət prinsipləri ilə uzlaşmasının vacibliyinə diqqət çəkib. İtaliya ilə Türkiyə arasında müdafiə sahəsində artan əməkdaşlığı tənqid edən Mitsotakis, bunun AB üçün strateji narahatlıq doğurduğunu bildirib.

Almaniya kansleri Fridrix Merslə keçirdiyi birgə mətbuat konfransında isə Mitsotakis, Almaniyanın Türkiyəyə Eurofighter döyüş təyyarələri və Meteor raketləri satışına dair qərarlarında AB ölkələrinin maraqlarının nəzərə alınmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Yunanıstan son zamanlar Türkiyənin həm Avropa müdafiə layihələrinə inteqrasiyasının qarşısını almağa, həm də silah tədarükündə məhdudiyyətlər tətbiq edilməsinə yönəlik diplomatik səylərini artırıb.

Mövzuya görə xəbərlər