Son dəqiqə

Rusiya Ukrayna Mariya Zaxarova Atəşkəs razılaşması Rusiya Ukrayna müharibəsi Ukrayna ilə müvəqqəti atəşkəs

30 günlük atəşkəs Ukrayna ordusu üçün fürsətdir - Zaxarova

BAKI, TurkicWorld

Rusiya Qərbin Ukraynaya zaman qazandırmaq üçün atəşkəs istədiyini bildirir.

TurkicWorld xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərb ölkələrinin Ukrayna ordusuna fürsət vermək üçün 30 günlük atəşkəs tələb etdiyini açıqlayıb.

Onun sözlərinə görə, Almaniya və Fransa bu atəşkəslə Ukraynaya hərbi imkanlarını bərpa etmək imkanı yaratmaq istəyirlər. Zaxarova qeyd edib ki, keçmişdə də Minsk razılaşmaları yalnız vaxt udmaq məqsədi daşıyırdı və indi də oxşar ssenari təkrarlanır.

Qeyd edək ki, İstanbulda keçiriləcək sülh sammiti öncəsi beynəlxalq aləmdə atəşkəslə bağlı təzyiqlər artır. Moskva isə bu təşəbbüslərin arxasında Ukraynanın müharibəyə hazırlıq planlarının dayandığını bildirir.

Mövzuya görə xəbərlər