Son dəqiqə

Polşa Rusiya Mariya Zaxarova Rusiya XİN Moskva Kreml Rusiyanın Krakovdakı Baş Konsulluğu

Polşa Rusiya konsulluğunu bağladı, Kreml cavab tədbirlərini nəzərdən keçirir

BAKI, TurkicWorld

Polşanın Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlamaq qərarına Moskva sərt reaksiya verəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanın qərarını ikitərəfli münasibətlərə zərbə kimi qiymətləndirərək bu addımın cavabsız qalmayacağını bildirib.

O qeyd edib ki, qarşılıq veriləcək tədbirlər barədə Polşa tərəfinə məlumat veriləcək. Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko isə bildirib ki, cavab olaraq Rusiya Polşanın Kalininqrad və ya İrkutskdakı konsulluğunu bağlaya bilər.

Qeyd edək ki, Polşa hökuməti Rusiyanı Varşavadakı “Marywilska 44” ticarət mərkəzində ötən il baş verən yanğını təşkil etməkdə ittiham edib. Bu hadisədən sonra Polşanın xarici işlər naziri Radoslav Sikorski Krakovdakı Rusiya konsulluğunun bağlanacağını açıqlayıb. Kreml isə bu ittihamları əsassız adlandırıb.

Mövzuya görə xəbərlər