Son dəqiqə

PKK Avropa İttifaqı Türkiyə-Aİ münasibətləri PKK terror təşkilatı Terror təşkilatlarına qarşı mübarizə PKK-nın silahı buraxaraq fəaliyyətini dayandırmaq qərarı PKK-nın fəaliyyətini dayandırması

Aİ PKK-nın fəaliyyətini dayandırmaq qərarını müsbət qiymətləndirib

BAKI, TurkicWorld

Avropa İttifaqı PKK-nın silah buraxmasını müsbət qiymətləndirib.

TurkicWorld xəbər verir ki, Avropa İttifaqı (Aİ) PKK terror təşkilatının özünü ləğv etməsi və silahı buraxması ilə bağlı qərarına ilk reaksiyasını verib.

Aİ-nin Xarici Əlaqələr üzrə sözçüsü Anouar El Anouni jurnalistlərə açıqlamasında bu addımı sülh prosesinə töhfə kimi qiymətləndirib.

"Bütün tərəflər bu anı dəyərləndirməlidir. Aİ kürd probleminin siyasi həllinə yönəlmiş etibarlı sülh prosesinin dinc və davamlı həllə nail olmaq yolunda müsbət addım olacağına inanır", – deyə Anouni bildirib.

Aİ tərəfləri zorakılıqdan uzaq durmağa və sülh üçün birgə çalışmağa çağırıb.

Qeyd edək ki, bu açıqlama PKK-nın silahı buraxaraq fəaliyyətini dayandırmaq qərarı fonunda verilib. Türkiyə hökuməti bu qərarı “tarixi fürsət” adlandıraraq, sülh və sabitlik baxımından əhəmiyyətli dönüş nöqtəsi kimi dəyərləndirib.

Mövzuya görə xəbərlər