Son dəqiqə

ABŞ Rusiya Ukrayna Donald Tramp ABŞ Ukrayna müharibəsində vasitəçi rolunda Rusiya Ukrayna müharibəsi

Tramp Rusiyaya təzyiq edərək müharibəni dayandırmağa çalışır

BAKI, TurkicWorld

Müharibəni dayandırmaq üçün Rusiyaya ağır təzyiq göstəririk.

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp, çərşənbə günü Rusiyaya Ukraynadakı müharibəni dayandırmaq üçün təzyiq göstərdiyini açıqlayıb.

Tramp, Rusiya və Ukrayna arasında münaqişəni dayandırmaq məqsədilə özünə müəyyən bir son tarix təyin etdiyini və iki ölkənin danışıqlar aparması üçün təzyiq etdiyini bildirib.

Tramp seçki kampaniyası zamanı Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq sözünü verdiyini vurğulayaraq, “Biz Rusiyaya çox təzyiq edirik və Rusiya bunu bilir ” -deyə bildirib. O, həmçinin Rusiya prezidenti Vladimir Putinin onu dinləyəcəyinə inandığını bildirib.

Qeyd edək ki, Tramp əvvəllər də özünün müharibəni bitirməkdəki rolunu vurğulayaraq, Rusiyaya təzyiq edəcəyini bəyan etmişdi. Son dövrlərdə baş verən hücumlar və Rusiyanın Ukraynaya etdiyi raket zərbələri münaqişənin daha da gərginləşməsinə səbəb olub.

Mövzuya görə xəbərlər