Son dəqiqə

NATO ABŞ Rusiya Ukrayna Trampın nümayəndəsi Kelloq Ukrayna ilə bağlı bəyanat Tramp administrasiyası Ukrayna siyasəti Ukraynanın NATO üzvlüyü məsələsi Rusiya-Ukrayna müharibəsi və NATO ABŞ Ukrayna müharibəsində vasitəçi rolunda

Trampın xüsusi nümayəndəsindən Ukrayna- NATO mesajı

BAKI, TurkicWorld

Trampın xüsusi nümayəndəsi Kelloq bildirib ki, Ukrayna NATO-nun bir hissəsi ola bilməz.

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq, Ukraynanın NATO üzvlüyü ilə bağlı çox sərt bir açıqlama verib.

Kelloq, Fox News-a verdiyi müsahibədə, "NATO-dan söhbət gedə bilməz. Siz onun bir parçası olmayacaqsınız" deyərək Kiyevin NATO-ya üzv olmasının mümkün olmadığını vurğulayıb.

Kelloq, ABŞ administrasiyasının Rusiya-Ukrayna müharibəsində mümkün bir atəşkəs üçün danışıqlar apardığını və bu danışıqlarda sülh prosesinin şərtlərinin Rusiya və Ukrayna tərəflərinə təqdim ediləcəyini bildirib. O, həmçinin sülh prosesinə vasitəçilik etmək niyyətində olduqlarını qeyd edib və ABŞ-ın qlobal məsələlərdəki rolunun əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Trampın administrasiyasının bu açıqlamaları, Ukrayna və onun NATO üzvlüyü məsələsindəki gərginliyi daha da artırır. Ukrayna tərəfi isə, bu ilin əvvəlində NATO üzvü olmağa can atdıqlarını bildirmişdi.

Mövzuya görə xəbərlər