Son dəqiqə

NASA Bunu bilirsinizmi? kosmos kosmos xəbərləri Elmi tədqiqat James Webb teleskopu K2-18b planeti Həyat izləri Kainatda həyat

700 trilyon mil uzaqda həyat əlamətləri tapılıb

BAKI, TurkicWorld

James Webb teleskopu K2-18b planetində həyat ehtimalını artıran kimyəvi izlər aşkar edib.

TurkicWorld xəbər verir ki, NASA-ya məxsus “James Webb” Kosmik Teleskopu Yerdən yüzlərlə işıq ili uzaqlıqda yerləşən K2-18b adlı planetin atmosferində həyatla əlaqəli ola biləcək kimyəvi maddələrin – dimetil sulfid (DMS) və dimetil disulfid (DMDS) – izlərini müəyyən edib.

Bu molekullar Yer üzündə yalnız fitoplankton və dəniz bakteriyaları tərəfindən istehsal olunur.

İngiltərənin Kembric Universitetindən professor Nikku Madhusudhan rəhbərlik etdiyi tədqiqat qrupu bu siqnalların kainatda həyatın izlərinə dair indiyədək tapılmış ən güclü dəlil ola biləcəyini bildirib. Lakin o da qeyd edib ki, nəticələr hələ yekun deyil və təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var.

Qeyd edək ki, K2-18b planeti Yer kürəsindən 2,5 dəfə böyükdür və təxminən 700 trilyon mil məsafədə yerləşir. Bəzi alimlər bu planetin səthində nəhəng maye okeanların ola biləcəyini ehtimal etsələr də, digər tədqiqatçılar onun qaz nəhəngi olma ehtimalını irəli sürürlər. Elmi müzakirələr davam edir və nəticələr “The Astrophysical Journal Letters” jurnalında dərc olunub.

Mövzuya görə xəbərlər