Çin zəlzələ Tayland Myanma təbii fəlakət

Çin Myanmada zəlzələdən zərərçəkənlərə yardım edir

BAKI, TurkicWorld

Myanmanın Saqainq bölgəsi yaxınlığında baş verən güclü zəlzələlər nəticəsində 5 Çin vətəndaşı həyatını itirib, 13 nəfər yaralanıb.

TurkicWorld xəbər verir ki, Myanmanın mərkəzində martın 28-də 7,7 və 6,4 bal gücündə iki zəlzələ qeydə alınıb.

Çin səfirliyinin verdiyi məlumata görə, fəlakət nəticəsində ölənlərin ailələrinə və digər zərərçəkənlərə lazımi dəstək göstərilir.

Zəlzələ Myanma ilə yanaşı, qonşu Tailand və Çində də hiss edilib. Çinin Yunnan və Sıçuan əyalətlərində də yeraltı təkanlar qeydə alınıb, lakin insan tələfatı olmayıb. Sərhədə yaxın Ruili şəhərində bəzi evlərə ziyan dəyib.

Qeyd edək ki, Myanma bölgəsi seysmik aktiv zonada yerləşir və bu cür güclü zəlzələlər bölgə üçün qeyri-adi deyil.

Mövzuya görə xəbərlər