Son dəqiqə

İtaliya zəlzələ

İtaliyada ardıcıl zəlzələlər narahatlıq yaradır

Bakı, TurkicWorld

İtaliyanın Neapol şəhəri yaxınlığındakı Campi Flegrei vulkanik bölgəsində son 24 saat ərzində qeydə alınan zəlzələlər yerli əhalidə ciddi narahatlıq yaradıb.

TurkicWorld, AzerVoice-ə istinadən xəbər verir ki, İtaliya mətbuatının məlumatına görə bölgədə 3,9 bal gücündə iki zəlzələ baş verib.

Səhər saatlarında da yeraltı təkanlar davam edib və yerli əhali evlərindən çıxaraq açıq ərazilərə toplaşıb.

Pozzuoli şəhərində ibtidai və orta məktəblərdə dərslər ehtiyat tədbiri olaraq dayandırılıb.

Neapol Qubernatorluğu evdə qalmaq istəməyənlər üçün idman zalı açıb və sakinlərə termal yorğanlar və digər əsas ləvazimatlar paylayıb.

İtaliya hökuməti bölgənin yüksək risk daşıması səbəbilə 2023-cü ildə Campi Flegrei üçün kütləvi evakuasiya planlarını yeniləyib.

Baş nazir Giorgia Meloni rəhbərliyi ilə Campi Flegrei bölgəsində fövqəladə vəziyyət strategiyaları hazırlanıb.

Hələlik hər hansı can və mal itkisi qeydə alınmayıb.

Mövzuya görə xəbərlər