Son dəqiqə

AZAL

Aktau aviaqəzası: daha 2 yaralı xəstəxanadan evə buraxılıb

Bakı, TurkicWorld

AZAL Hava Yolları Şirkətinə məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanmış iki Qırğızıstan vətəndaşı xəstəxanadan evə buraxılıb.

TurkicWorld xəbər verir ki, bu barədə "24.KG" Qırğızıstanın səhiyyə nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Xidmətin məlumatına görə, daha bir zərərçəkənin isə Milli hospitalın Neyrotravmalar şöbəsində müalicəsi davam etdirilir. Onun vəziyyətinin sabit olduğu və artıq gəzə bildiyi deyilir.

Xatırladaq ki, qəza nəticəsində AZAL-a məxsus Bakı-Qroznı aviareysi ilə uçan sərnişin təyyarəsinin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Mövzuya görə xəbərlər