zəlzələ

İranda zəlzələ olub

Bakı, TurkicWorld

İranın cənubunda 4.5 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə İranın Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ Rixter cədvəli ilə 4.5 bal gücündə olub və səhər saat 07.24 qeydə alınıb.

Qeyd edək ki, yeraltı təkanlar və zəlzələlərin monitorinqini aparan "Earthquakenews Today" bir neçə gün əvvəl İranın Bəndər Abbas şəhərindən 62 kilometr aralıda 4.3 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi. Hər hansı dağıntılar və ya itkilər barədə məlumat verilmir.

Mövzuya görə xəbərlər