Bakı,TurkicWorld
Avropa Birliyində (AB) USB-C şarj portunun istifadəsi bu gündən etibarən yeni smartfonlar, planşetlər və kameralar kimi elektron cihazlarda məcburi hala gəlib.
TurkicWorld xəbər verir ki, tullantıları azaltmağı və fərqli şarj portlarını uyğunlaşdırmağı hədəfləyən bu vahid şarj qaydası nəticəsində bütün portativ elektron cihazlarda standart şarj portu olaraq USB-C istifadə ediləcək.
Yeni tənzimləməyə görə, smartfonlar, planşetlər, rəqəmsal kameralar, qulaqlıqlar, portativ video oyun konsolları, dinamiklər və klaviaturalarda USB-C şarj portunun olması məcburi olacaq. Həmçinin, elektron cihazların sürətli şarj sistemləri də bu qaydaya uyğunlaşdırılacaq.
Bu tənzimləmə 28 aprel 2026-cı ildən etibarən noutbuklara da şamil ediləcək. Aİ-nin 2022-ci ildə təsdiqlədiyi qaydanın tətbiqi üçün istehsalçılara 2 il vaxt verilmişdi. Bu müddət ərzində xüsusilə Apple kimi fərqli şarj portlarından istifadə edən şirkətlər USB-C portlarına keçid etməyə məcbur oldu.
Hazırda əksər cihazlar USB-C girişi ilə təchiz edildiyi üçün bu tənzimləmə elektron cihazların uyğunlaşdırılmasını daha da sürətləndirəcək.