Son dəqiqə

İran

İranın qərbində 5,4 bal gücündə zəlzələ baş verib

Bakı, TurkicWorld

İranın qərbində, İraqla sərhəd yaxınlığında 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri 841 min nəfər əhalisi olan Əhvaz şəhərindən 99 km şimal-şərqdə yerləşib. Zəlzələ 10 km dərinlikdə baş verib.

Hazırda tələfat və ya dağıntılar barədə məlumat verilməyib.

Mövzuya görə xəbərlər