Son dəqiqə

Küveyt

“Küveyt Bəyannaməsi” Qəzza müharibəsinə son qoymağa çağırır

Bakı, TurkicWorld

Küveytdə keçirilən 45-ci zirvə toplantısının yekununda Körfəz Əməkdaşlıq Şurası ölkələrinin liderləri Qəzzada müharibəyə son qoymağa, “qətllərə və əhalinin yerdəyişməsinə” son qoymağa, fələstinli mülki şəxslər üçün beynəlxalq müdafiənin təmin edilməsinə çağırıblar.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, bununla yanaşı zirbə toplantısında ərəb liderlər BMT Təhlükəsizlik Şurasını bu cinayətləri araşdırmaq, onların qarşısını almaq üçün ciddi addımlar atmaq, günahkarları məsuliyyətə cəlb etmək və Fələstin xalqının beynəlxalq müdafiəsini təmin etmək üçün müstəqil beynəlxalq komitə yaratmağa çağırıblar.

“Küveyt Bəyannaməsi”ndə liderlər Livanda müvəqqəti atəşkəs razılaşmasını alqışlayıblar və Səudiyyə Ərəbistanının Qəzzada müharibəni dayandırmaq, daimi və hərtərəfli sülhə nail olmaq və iki dövlətli həll yolunun həyata keçirilməsi üçün beynəlxalq fəaliyyəti gücləndirmək səylərini dəstəklədiklərini təsdiq etdilər.
Ərəb Sülh Təşəbbüsü ilə bölgə daxilində və xaricində fikir ayrılıqlarını həll etmək üçün dialoqa üstünlük verilməsinin vacibliyini vurğulanıb.

Sammitin açılışında Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Qəzzada atəşkəsin və təhlükəsiz keçidlərin açılmasının təmin edilməsinin zəruriliyini vurğulayaraq, Fələstin xalqına dəstək verməkdə qəti mövqeyini vurğulayıb.

Mövzuya görə xəbərlər