Bakı, TurkicWorld
Gürcüstan parlamenti İrakli Kobaxidze tərəfindən təklif olunan yeni hökumətin tərkibini dəstəkləyib.
TurkicWorld Gürcüstan KİV-ə istinadən xəbər verir ki, plenar iclas zamanı 84 deputat yeni hökumətin tərkibini dəstəkləyib, heç bir deputat tərkibin əleyhinə səs verməyib.
Qeyd edək ki, yeni hökumət tərkibi belədir:
- Gürcüstanın Xarici İşlər Naziri – Maka Boçorişvili;
- Gürcüstanın Ədliyyə Naziri – Anri Oxanaşvili;
- Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri – David Sonqulaşvili;
- Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Naziri – Levan Davitaşvili;
- Gürcüstanın Müdafiə Naziri – İrakli Çikovani;
- Gürcüstanın Maliyyə Naziri – Laşa Xutsişvili;
- Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Naziri – İrakli Karseladze;
- Gürcüstanın Daxili İşlər Naziri – Vaxdanq Qomelauri;
- Gürcüstanın Təhsil, Elm və Gənclər Naziri – Aleksandr Tsuladze;
- Gürcüstanın Məcburi Köçkünlər, Əmək, Sağlamlıq və Sosial Müdafiə Naziri – Mixail Sardjveladze;
- Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri – Teya Axvlediani;
- Gürcüstanın Mədəniyyət və İdman Naziri – Tinatin Ruxadze.