Bakı. TurkicWorld:
ABŞ-ın Böyük Britaniyada yerləşən üç hərbi hava bazası üzərində bir gecədə naməlum pilotsuz uçuş aparatlarının (PUA) uçuşları müşahidə olunub.
TurkicWorld xəbər verir ki, bu barədə Sky News telekanalı ABŞ Hərbi Hava Qüvvələrinin Avropa Komandanlığına istinadən məlumat yayıb.
Məlumata görə, naməlum PUA-lar Suffolkdakı Lakenheath və Mildenhall, eləcə də Norfolkdakı Feltwell bazalarının üzərində müşahidə edilib. ABŞ hərbi birləşmələri bu ərazilərdə hava məkanına nəzarəti davam etdirir.
Eyni zamanda, Böyük Britaniya hakimiyyəti hərbi obyektlərin təhlükəsizliyinin təmin olunmasında ABŞ-a dəstək verir. Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb, lakin insident təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurətini bir daha gündəmə gətirib.