Son dəqiqə

ABŞ

Boeing 2 mindən çox işçisini işdən çıxaracaq

Bakı, TurkicWorld

ABŞ-da yerləşən qlobal aviasiya şirkəti Boeing-in işçi qüvvəsini 10 faiz azaltmaq planı çərçivəsində 2 mindən çox işçisini işdən çıxaracağı açıqlanıb.

TurkicWorld xəbər verir ki, Vaşinqton ştatının Məşğulluq Təhlükəsizliyi Departamentinə edilən bildirişə görə, Boeing dekabr ayında 2 min 199 əməkdaşını işdən çıxaracaq.

Boeing, fabrik işçilərinin sentyabr ayında tətil etdikdən sonra xərcləri azaltmaq üçün işə qəbulu dondurmaq, səyahətləri dayandırmaq və vacib olmayan xərcləri dayandırmaq kimi tədbirlər görməyi planlaşdırdığını açıqlayıb.

Şirkət oktyabr ayında işçi qüvvəsini 10 faiz azaltmağı planlaşdırdığını açıqlayıb.

Qeyd edək ki, ABŞ mətbuatında çıxan xəbərlərə görə, 17 min Boeing işçisinin ixtisarlardan təsirlənəcəyi bildirlib.

Mövzuya görə xəbərlər