Son dəqiqə

Türkiyə ABŞ

ABŞ Türkiyəyə "F-35" qırıcılarının təhvil verilməsinə razılıq verib

Bakı. TurkicWorld:

ABŞ Türkiyəyə təhvil verilməmiş "F-35" qırıcı təyyarələrinin tədarükü ilə bağlı mövqeyini dəyişib və bu məsələ üzrə müsbət yanaşma nümayiş etdirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər məlumat verib.

Nazirin sözlərinə görə, hazırda ABŞ-da Türkiyəyə məxsus 6 ədəd "F-35" təyyarəsi mövcuddur. Gülər bildirib ki, Türkiyənin beşinci nəsil döyüş təyyarəsi olan "KAAN" istehsalını görən ABŞ tərəfi münasibətini dəyişərək, bu təyyarələrin təhvil verilə biləcəyini ifadə edib.

"Biz onlara "F-35" almaq təklifini yenidən göndərdik," - deyə nazir vurğulayıb.

Bu addım, iki ölkə arasında müdafiə sahəsində yaranmış gərginliklərin yumşalmasına və tərəflər arasında hərbi-texniki əməkdaşlığın bərpasına işarə kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər