Son dəqiqə

Co Bayden

Baydenin məsləhətçiləri İsraili ziyarət edəcək

Bakı, TurkicWorld

Hizbullah ilə baş verən qarşıdurmaların dayandırılması və bir razılaşmanın əldə edilməsi məqsədilə ABŞ Prezidenti Co Baydenin Baş Məsləhətçisi və Ağ Ev Milli Təhlükəsizlik Şurası Orta Şərq və Şimali Afrika Koordinatoru cümə axşamı günü İsrailə səfər edəcək

TurkicWorld xəbər verir ki, bu razılaşmanın bir neçə həftə ərzində təmin edilə biləcəyi iddia edilib.

Gündəmə gələn razılaşma çərçivəsində, Hizbullah ilə İsrail arasında ilk olaraq 60 günlük bir keçid dövrünün başlanması planlaşdırılır.

Bu dövr ərzində, Hizbullahın Livanın cənubundakı ağır silahlarını Litani çayının şimalına, yəni İsrail sərhədindən uzaq bir bölgəyə daşınması tələb olunacaq.

Bundan əlavə, Livan ordusunun İsrail sərhədinə 8 min əsgər yerləşdirməsi və İsrail əsgərlərinin də Livanın cənubundan mərhələli şəkildə çəkilməsi nəzərdə tutulur. Bu addımların 60 günlük keçid dövründə atılması halında İsrail ilə Hizbullah arasında atəşkəsin elan ediləcəyi bildirilir.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu, Livanda Hizbullah ilə baş verən qarşıdurmalara diplomatik həll yollarını müzakirə etmək üçün dünən nazirlər və yüksək səviyyəli hərbi rəsmilərlə bir araya gəlib.

Xatırladaq ki, İsrail ordusu, 30 sentyabrda Livanın cənubunda "Hizbullahın infrastrukturuna qarşı məhdud və intensiv" quru hücumlarına başladığını açıqlamışdı.

Yerli mətbuata məlumat verən adı açıqlanmayan bir İsrailli rəsmi, İsrail ordusunun Livandakı quru hücumlarının "1-2 həftə ərzində" sona çatacağını irəli sürmüşdü.

Mövzuya görə xəbərlər