Bakı. TurkicWorld:
ABŞ-ın cənub-şərqini vuran “Helen” qasırğası altı ştatda ən azı 277 nəfərin həyatına son qoyub.
TurkicWorld xəbər verir ki, CNN yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Ən çox ölüm hadisəsi - 113 nəfər Şimali Karolinada qeydə alınıb. Cənubi Karolina, Corciya, Florida, Tennessi və Virciniya ştatlarında da onlarla insan həyatını itirib. Bu ştatlarda təxminən 500 min insan elektrik enerjisiz qalıb.
“Helen” qasırğası sentyabrın 26-da ABŞ-ın cənub-şərqini vurub və ona beş mümkün kateqoriyadan dördüncüsü təyin edilib: küləyin sürəti 70 m/s-ə çatıb. Mütəxəssislərin qiymətləndirməsinə görə, qasırğanın vurduğu ziyan 15-100 milyard dollar arasında ola bilər.
“Helen” qasırğası son 50 ildə ABŞ-ı vuran ikinci ən dağıdıcı qasırğa hesab edilir. Birinci yerdə 2005-ci ildə ən azı 1,3 min insanın ölümünə səbəb olan “Katrina” qasırğası dayanır.