Son dəqiqə

NATO

NATO-nun yeni Baş katibi əsas prioritetini elan etdi

Bakı, TurkicWorld

NATO-nun yeni Baş katibi Mark Rütte alyansı gələcəyin çağırışlarına hazırlayacağını, maliyyələşdirməni artıracağını və innovasiyaları stimullaşdıracağını elan edib.

TurkicWorld xəbər verir ki, Mark Rütte birinci prioritetin NATO-nu güclü saxlamaq və bütün təhdidlərə qarşı effektiv müdafiəni təmin etmək olduğunu bildirərək deyib:

"Bunun üçün bizə daha çox qüvvə, daha yaxşı imkanlar, daha sürətli innovasiya tempi lazımdır. Bu, daha çox investisiya tələb edəcək".

Baş katibin sözlərinə görə, NATO ölkələri müdafiəyə daha çox pul xərcləməli olacaq, çünki "mövcud çağırışlar və gələcək vəzifələrin" həlli üçün pulsuz alternativ yoxdur.

Qeyd edək ki, bu gün NATO-nun baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti başa çatıb. Stoltenberq səlahiyyətlərini Niderlandın keçmiş baş naziri Mark Rutteyə ötürüb.

Xatırladaq ki, Yens Stoltenberq 2014-cü ilin oktyabrında NATO-nun baş katibi olub. Norveçin keçmiş baş naziri və BMT-nin xüsusi elçisi kimi Stoltenberq təhlükəsizlik, müdafiə, iqlim, enerji və iqtisadiyyat sahələrini əhatə edən daxili və beynəlxalq nailiyyətlərə malikdir. Mark Rutte 2010-2024-cü illərdə Niderlandın baş naziri vəzifəsini icra edən holland siyasətçidir.

Mövzuya görə xəbərlər