Bakı,TurkicWorld
NATO illik nüvə təlimi “Steadfast Noon” bu gün başlayacaq və iki həftə davam edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə NATO-dan verilən yazılı açıqlama verilib.
Açıqlamada qeyd olunub ki, təlimə 60-dan çox təyyarə qatılacaq.
Qərbi Avropa üzərində təlim uçuşlarının ediləcəyi təlim çərçivəsində ABŞ-ın nüvə raketləri daşıya bilən döyüş təyyarələri də iştirak edəcək.
“Bu təlim hər bir düşmənə açıq mesaj verir ki, NATO bütün müttəfiqlərini qoruyacaq və müdafiə edəcək”,- deyə NATO-nun baş katibi Mark Rutte bildirib.
Qeyd edək ki, NATO-nun nüvə təlimi hər il oktyabr ayında keçirilir.