Son dəqiqə

Seyid Əli Xamenei

Livan düşməni peşman edəcək – Əli Xamenei

Bakı,TurkicWorld

Livan düşməni peşman edəcək.

TurkicWorld xəbər verir ki, İranın dini lideri Ayətullah Əli Xamenei deyib.

Nəsrullahın ölümündən sonra Xameneinin təhlükəsiz yerə köçürüldüyü və təhlükəsizlik tədbirlərinin artırıldığı bildirilib.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının “İsrailin bölgəyə, xüsusilə Livana təcavüzünü həll etmək üçün toplaşdığı” açıqlanıb.

“Bölgədəki bütün müqavimət qüvvələri Hizbullahın yanındadır və onu dəstəkləyir. Bu bölgənin gələcəyini Hizbullahın rəhbərlik etdiyi müqavimət qüvvələri müəyyən edəcək”,- deyə o bildirib.

Qeyd edək ki, Livan Hizbullah hərəkatının baş katibi və onun qurucularından biri olan Həsən Nəsrullah öldürülüb.

Mövzuya görə xəbərlər