Tacikistan

Tacikistan 7,5% orta illik iqtisadi artım tempinə nail olub

Bakı. TurkicWorld:

Tacikistan 7,5% orta illik iqtisadi artım tempinə nail olub.

TurkicWorld-un verdiyi məlumata görə, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon Tacikistanın müstəqilliyinin 33-cü ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

“Son 23 il ərzində ölkə iqtisadiyyatının real sektorunun bərpası istiqamətində həyata keçirilən ardıcıl tədbirlər sayəsində Tacikistan 7,5% orta illik iqtisadi artım tempinə nail ola bilib”, - deyə o, bildirib.

Səfirin sözlərinə görə, bu dövrdə dövlət büdcəsinin gəlirləri adambaşına 100 dəfədən çox artıb.

“Əgər 1994-cü ildə ölkə sakinlərinin orta ömür uzunluğu 70 il idisə, hazırda vətəndaşların orta ömür uzunluğu 76 ildir. Qeydə alınan ölümlərin sayı isə 2 dəfə azalıb”, - deyə İlham Abdurahmon bildirib.

Səfirin sözlərinə görə, bu müddət ərzində ölkə əhalisi 5,5 milyon nəfərdən 10,2 milyon nəfərə yüksəlib.

O qeyd edib ki, beynəlxalq hesablamalara görə, Tacikistan son on ildə dörd dəfə investisiyaların təşviqi sahəsində islahatlar aparan dünyanın ilk on ölkəsi sırasında olub. Bu, sahibkarlığın inkişafı və əlverişli investisiya şəraitinin yaradılması istiqamətində həyata keçirilən uğurlu dövlət siyasətinin və islahatlarının nəticəsidir.

Mövzuya görə xəbərlər