Bakı, TurkicWorld
ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyası amerikalı sahibkar İlon Maskı "X" platformasını alması ilə bağlı istintaq çərçivəsində ifadə vermək məqsədilə məhkəməyə gəlmədiyi üçün sanksiyalarla hədələyib.
TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, sahibkar və Komissiya nümayəndələri Maskın sentyabrın 10-da Los-Ancelesdə ifadə verməsi ilə bağlı razılığa gəliblər. Amma dinləmədən 3 saat əvvəl Maskın vəkili bildirib ki, sahibkar "SpaceX"in raket buraxılışına getməyə məcbur olub.
Qeyd olunub ki, komissiya Maskın oktyabrda ifadə vermədiyi təqdirdə ona qarşı sanksiyaların tətbiqi ilə bağlı vəsatət qaldıracaq.