Son dəqiqə

Çin

Şanxayda 9 mindən çox insan təxliyə edilib

Bakı, TurkicWorld

Çinin ən böyük şəhəri Şanxayın mərkəzi Chongming rayonunda yaşayan 9 min 318 nəfər yaxınlaşan Bebinca qasırğası səbəbindən təxliyə olunub.

TurkicWorld xəbər verir ki, bu barədə yerli hökumət açıqlama verib.

Açıqlamada, bu gecədən etibarən Çin sahillərini təsir edəcəyi gözlənilən qasırğa ilə əlaqədar təcili tədbirlərin görüldüyü qeyd edilib.

Görülən tədbirlərə görə 600-dən çox reys həyata keçirilə bilməyəcək.

Çin Meteorologiya İdarəsinin məlumatına görə, sürəti saatda 151 kilometrə çatan küləkləri daşıyan Bebinca tayfunu bu gecədən etibarən ölkənin şərq sahillərinə təsir edəcək.

Tayfunun həddindən artıq yağış gətirəcəyi gözlənilir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər