Son dəqiqə

Braziliya BRİCS

30 ölkə tezliklə BRICS-ə üzv olacaq - Braziliya XIN

Bakı, AzerVoice

30 ölkənin tezliklə BRICS-ə üzv olacağı açıqlanıb.

AzerVoice xəbər verir ki, bu barədə Braziliyanın xarici işlər naziri Mauro Vieira məlumat verib.

Vieira, BRICS-in yeni üzv ölkələr üçün xüsusi kateqoriya yaratmaq barədə danışıqların davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, artıq təxminən 30 ölkə BRICS tərəfdaşlarına qoşulmaqda maraqlı olduqlarını ifadə ediblər.

Vieira, həmçinin Səudiyyə Ərəbistanı ilə Braziliya arasındakı münasibətlərin siyasi və iqtisadi sahələrdə mühüm irəliləyişə şahid olduğunu qeyd edib.

Yaxın Şərqdə davam edən münaqişələrə toxunan Vieira, İsrailin Qəzzaya qarşı müharibəsinin daha geniş regional münaqişəyə çevrilmə riski olduğunu və Yaxın Şərqdə sabitliyin yalnız hərtərəfli atəşkəsdən sonra mümkün olacağını bildirib.

Sonda o, məsələnin yalnız danışıqlar yolu ilə həll edilə biləcəyini vurğulayıb.

Mövzuya görə xəbərlər