Son dəqiqə

ABŞ Braziliya Aleksandr de Morais

ABŞ Braziliya Ali Məhkəməsinin hakiminə qarşı sanksiyaları ləğv edib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

ABŞ Maliyyə Nazirliyi Braziliyanın Federal Ali Məhkəməsinin hakimi Aleksandr de Moraisə qarşı əvvəllər tətbiq etdiyi sanksiyaları ləğv edib.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin tərkibində olan Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc olunmuş bildirişdə bildirilib.

Sənəddə bu qərarın səbəbi göstərilməyib. Amerika məhdudiyyətləri di Moraisin həyat yoldaşına da şamil edilməyəcək.

Mövzuya görə xəbərlər