Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Ciorcia Meloni Azərbaycan İtaliya enerji əməkdaşlığı Azərbaycan qaz ixracı İtaliya qaz bazarı TAP layihəsi təbii qaz ixracı enerji diplomatiyası Azərbaycan Prezidenti bəyanatı Bakı mətbuat açıqlaması

Prezident İlham Əliyev: Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır

BAKI,TurkicWorld

Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac edilmişdir.

TurkicWorld xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatında söyləyib.

Bu gün bu həcmin artırılması üçün müzakirələrin aparıldığını bildirən dövlətimizin başçısı qeyd edib: “Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam edir”.

Mövzuya görə xəbərlər