Bakı, TurkicWorld
ABŞ dövlət borcu üzrə faiz ödənişləri səbəbindən iflasa uğrayır.
TurkicWorld xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask "X" sosial şəbəkəsində yayımlanan "All-In" podkastında bildirib.
"ABŞ sürətlə iflasa uğrayır", - biznesmen vurğulayıb və ABŞ-nin dövlət borcu üzrə faiz ödənişlərinin ölkənin müdafiə büdcəsini keçdiyini qeyd edib.
"Müdafiə Nazirliyinin büdcəsi çox böyükdür. İldə 1 trilyon dollar təşkil edir", - Mask əlavə edib.
Mask əlavə edib ki, əgər ABŞ prezident seçkilərində Donald Tramp qalib gələrsə, hökumətin dövlət borcunu azaltmaq mümkün olacaq.