Bakı, TurkicWorld
Aİ Avropadaki tibb bacısı çatışmazlığını aradan qaldırmaq üçün yeni bir təşəbbüs başladıb.
TurkicWorld xəbər verir ki, sözügedən təşəbbüs Avropa Komissiyası və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi tərəfindən Avropa İttifaqına (Aİ) üzv olan ölkələrdə tibb bacısı çatışmazlığının aradan qaldırmaq məqsədi ilə başladılıb.
1,3 milyon avro dəyərində olan bu layihə EU4Health proqramı vasitəsilə maliyyələşdiriləcək.
Həmçinin sözügedən layihənin qarşıdakı üç il ərzində Aİ dövlətlərinin ən azı yarısında tibb bacısı ehtiyyacını qarşılayacağı bildirilir.
Görüləcək həvəsləndirici tədbirlərlə gənc tələbələr tibb bacısı ixtisasına cəlb ediləcək.
Təşəbbüsün əsas məqsədlərindən biri də gənclərin tibb bacısı karyerasına marağını təhlil edən hesabat hazırlamaqdır. Hazırlanan bu hesabatdan növbəti layihələrdə istifadə etmək planlaşdırılır.
Təşəbbüsün əhəmiyyətini vurğulayan Aİ-nın Səhiyyə Komissarı Stella Kyriakides tibb bacılarının səhiyyə sisteminin əsasını təşkil etdiyini deyib.
Qeyd edək ki, yaşlı əhalinin səhiyyə xidmətinə ehtiyacının artması, səhiyyə sahəsində fəaliyyət göstərən işçilərin pensiyaya çıxması kimi səbəblər Aİ- na üzv olan ölkələrdə səhiyyə xidmətində ciddi boşluqlara səbəb olub.