Son dəqiqə

Avstriya əfqan qaçqınları

Avstriya əfqanların deportasiyasında Almaniya ilə əməkdaşlıq etməyi düşünür

Bakı,TurkicWorld

Avstriya əvvəllər həbs olunmuş əfqanların deportasiyasında Almaniya ilə əməkdaşlıq etmək istədiyini bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Avstriya Federal İmmiqrasiya və Sığınacaq Xidməti məlumat yayıb.

Sözügedən deportasiyaların ölkədəki təhlükəsizlik vəziyyətinin dəyişməsi ilə əlaqədar olduğu bildirilib.

Xatırladaq ki, Almaniya "məhkum edilmiş cinayətkarlar" kimi xarakterizə etdiyi 28 Əfqanıstan vətəndaşını cümə günü deportasiya etmişdi. Bu, deportasiya Taliban 2021-ci ildə hakimiyyətə gəldikdən sonra Əfqanıstana birbaşa edilən ilk deportasiya idi.

Həmçinin açıqlamada, deportasiya məsələsinin iki ölkənin daxili işlər nazirləri arasında uzun müdətdir ki müzakirə edildiyi qeyd edilib.

Suriyalıların və əfqanların ölkədən deportasiyasını davam etdirən Avstriya, növbəti mərhələdə onların bir başa öz ölkələrinə göndəriləcəyini deyib.

Mövzuya görə xəbərlər