Son dəqiqə

Ermənistan Ararat Mirzoyan

Mirzoyan səfirlərlə Azərbaycanla sərhədə gəlib

Bakı, TurkicWorld

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin xarici ölkələrdə fəaliyyət göstərən səfirləri ilə Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinə səfər edib.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Səfər zamanı erməni diplomatlar iki ölkə arasında sərhədin delimitasiyası prosesinin nəticələri ilə tanış olublar.

Qeyd edək ki, avqustun 26-28-də Dilicanda Ermənistanın Baş naziri Nikol Paşinyan, ölkə Prezidenti Vaaqn Xaçaturyan, eləcə də, digər rəsmi şəxslər və xarici ölkələrdə akkreditə olunmuş erməni səfirlərlə qapalı iclas keçirilib.

Mövzuya görə xəbərlər