Bakı, TurkicWorld
Ötən gecə İranın mərkəzində yerləşən Yəzd vilayətində pakistanlı zəvvarları aparan sərnişin avtobusu aşıb.
TurkicWorld -in məlumatına görə, bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti açıqlama yayıb.
Bildirilir ki, İraq istiqamətində hərəkət edən sərnişin avtobusunun aşması nəticəsində 28 nəfər ölüb, 23 nəfər isə yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.