Bakı, TurkicWorld
ABŞ prezidentliyinə namizəd Donald Tramp amerikalı milyarder İlon Maska qalib gələcəyi təqdirdə öz komandasında işləməyi təklif edib.
TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, o, prezident seçkilərində qalib gələcəyi halda milyarderə administrasiyada vəzifə təklif edib.
İ.Mask isə "X" sosial şəbəkəsində paylaşım edərək Trampın bu təklifinə cavab verib.
O, özünün fotoşopla hazırlanmış fotosunu paylaşaraq "Xidmət etməyə hazıram" yazıb. Sözügedən fotoda Maskın dayandığı tribunada ABŞ-də mövcud olmayan "Hökumət Səmərəliliyi Departamenti"nin (Department of Government Efficiency) adı qeyd olunub.
Bir çox sosial şəbəkə istifadəçisi Maskın bu addımının ironiya və reklam olduğunu iddia edib. Belə ki, tribunada qeyd olunan departamentin adının abbreviaturası DOGE formasındadır ki, bu da milyarder tərəfindən təşviq edilən kriptovalyutanın adıdır.