Son dəqiqə

ABŞ Entoni Blinken HƏMAS

HƏMAS ABŞ-ın təklifini qəbul etməməkdə israrlıdır

Bakı, TurkicWorld

HƏMAS-ın yüksək rütbəli nümayəndəsi Usamə Həmdan ABŞ dövlət katibi Entoni Blinkenin Qəzza zolağında girovların azad edilməsi və atəşkəsin təmin olunması üçün yenilənmiş təklifi qəbul etmək çağırışını tənqid edib.

TurkicWorld xəbər verir ki, Həmdan bunu Əl-Cəzirə telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, HƏMAS yalnız Baydenin bir neçə ay əvvəl irəli sürdüyü və razılaşdırılmış təklifin qəbul edilməsini istəyir. İsrail tərəfi isə həmin təklifə daxil olan məsələlərdən imtina edib.

"Netanyahunun yenilənmiş təklifə razılıq verməsi onu göstərir ki, ABŞ administrasiyası onu əvvəlki razılaşmanı qəbul etməyə inandıra bilməyib", - deyə HƏMAS rəsmisi vurğulayıb.

O qeyd edib ki, atəşkəs razılaşması Qəzzada müharibənin bitməsi və İsrail qoşunlarının oradan çıxarılması şərti ilə baş tuta bilər.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken İsrailin ardınca HƏMAS hərəkatını Amerikanın təklifləri ilə razılaşmağa çağırıb. O, həmçinin, Qəzza üzrə danışıqların hazırkı raundunu girovların qaytarılması və anklavda atəşkəsə nail olunması üçün "son şans" adlandırıb.

Mövzuya görə xəbərlər