Son dəqiqə

Yaponiya

Yaponiya müdafiə xərclərini rekord səviyyədə artırır

Bakı. TurkicWorld:

Yaponiya növbəti il müdafiə büdcəsini rekord həddə - 54 milyard dollara qədər artırmaq istəyir.

TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, büdcə xüsusilə Çinin artan hərbi qətiyyəti fonunda uzaq adaların daha yaxşı müdafiəsi məqsədilə pilotsuz uçuş aparatlarının yerləşdirilməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, söhbət Tayvana yaxınlığı səbəbindən strateji əhəmiyyət daşıyan Nansey adalarından gedir.

Mövzuya görə xəbərlər