Bakı, TurkicWorld
İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində son 5 gündə qum fırtınasından zərər çəkən 1362 nəfər xəstəxanaya yerləşdirilib.
TurkicWorld bu barədə yerli KIV-ə istinadən xəbər verir ki, qum fırtınası xüsusilə vilayətin şimal bölgələrində öz təsirini göstərib.
Zabul, Zahek, Hamun, Hirmen, Nimruz, Zahidan, Mircave, Nüsrət Abad, Xaş, Saravan, İranşəhr və Mehristan şəhərlərində baş verən tufan bir milyona yaxın insanın həyatına mənfi təsir göstərib. Belə ki, son 5 gün 1362 nəfər xəstəxanalarda müalicə altına alınıb.
Sistan-Bəlucistanda isə “120 günlük tufanlar” adlanan küləyin gücləndiyi günlərdə tənəffüs yollarında xəstəlikləri olan minlərlə insan narahatlıq səbəbindən xəstəxanalara müraciət edib.