Son dəqiqə

Rusiya Google

Rusiyada "Google", "Android" və "iOS" da bloklana bilər

Bakı, TurkicWorld

Rusiyada tezliklə "Google", "Android" və "iOS" da bloklana bilər.

TurkicWorld Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Aleksey Didenko deyib.

Onun sözlərinə görə, dövlət qulluqçuları və məmurlara, xüsusən məxfi məlumatlara girişi olanlara artıq çoxdan bu platformalardan istifadə qadağan edilib.

"Bu, bizim təşəbbüsümüzlə baş verməyəcək", - o deyib.

Didenko bunların öz şəxsi proqnozları olduğunu əlavə edib.

Qeyd edək ki, ötən gün Rusiyada internet istifadəçiləri "YouTube" platformasının fəaliyyətində kütləvi fasilələr olduğundan şikayət ediblər. Rusiya XİN vətəndaşları "YouTube"dan imtina etməyə, əvəzində analoji yerli platformalardan istifadə etməyə çağırıb.

Mövzuya görə xəbərlər